Tailand və Kamboca sülh bağlayacaq

Tailand və Kamboca sülh bağlayacaq
14.10.2025 09:59 Dünya

"Tailand və Kamboca Kuala-Lumpurda keçiriləcək ASEAN sammitində atəşkəs sazişi imzalayacaqlar".

TodayPress TV xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Moxamad Həsən məlumat verib.

Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında atəşkəs sazişinin imzalanmasının şahidi olmaq fürsətini səbirsizliklə gözləyir.

Xatırladaq ki, ASEAN liderlərinin görüşü 26-28 oktyabr tarixlərində Kuala-Lumpurda keçiriləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər