Stubb: "Avropa artıq ABŞ üçün prioritet deyil"
Dünya
27.02.2026 20:20
“Avropa artıq Vaşinqton üçün prioritet olmaqdan çıxıb”.
TodayPress TV xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Stubb dünyanın əbədi olaraq dəyişmiş ola biləcəyini və Avropanın artıq ABŞ üçün prioritet olmadığını qeyd edib. Finlandiya lideri hesab edir ki, Avropa ölkələri Vaşinqtonla daha güclü münasibətlər qurmaq üçün müdafiə sahəsində səylərini artırmalıdırlar.
Prezidentin sözlərinə görə, Avropa ABŞ üçün əhəmiyyət baxımından Qərb yarımkürəsi və Hind-Sakit okean regionundan sonra üçüncü yerdədir. Yaxın Şərq dördüncü, Afrika isə beşinci sırada qərarlaşır. Finlandiya prezidenti daha müxtəlif dünya nizamının formalaşması üçün institusional islahatların zəruri olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: Stubb,ABŞ,Avropa,Prioritet,Todaypress.tv,
