"Storm Shadow" raketləri Ukraynada istehsal olunacaq - Britaniya Baş nazirindən bəyanat
Ukrayna uzaqmənzilli “Storm Shadow” raketlərini müstəqil şəkildə istehsal edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Endi Börnhem bildirib.
Məlumata görə, Britaniya müvafiq texnologiyaların ötürülməsini rəsmi olaraq təsdiqləyib və müdafiə sənayesi müəssisələrini əməkdaşlığa cəlb edəcək.
Hazırda Kiyevdə səfərdə olan Börnhem qeyd edib ki, Britaniya hələ 2023-cü ildə Ukraynaya uzaqmənzilli silahları ilk olaraq təqdim edib. O, həmçinin vurğulayıb ki, ölkə Prezidenti Volodimir Zelenski Ukraynanın belə imkanları müstəqil şəkildə yarada bilməsi üçün “Storm Shadow” texnologiyasının paylaşılmasını xahiş edib.
“Bu gün bu sorğunu təsdiqlədiyimi bildirməkdən məmnunam. Britaniya və Fransa sənayeləri bu imkanın inkişaf etdirilməsi istiqamətində Ukrayna ilə birlikdə çalışacaqlar”, - deyə baş naziri qeyd edib.
Aysel Mətləb