Şri-Lanka Yaxın Şərqdə gərginliyin dərhal azaldılmasına çağırdı
Dünya
15.03.2026 21:17
Şri-Lanka hökuməti Yaxın Şərq və Qərbi Asiyada sürətlə artan gərginliyin dərhal azaldılmasına çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər, Xarici Məşğulluq və Turizm Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Kolombo regionda vəziyyətin pisləşməsindən ciddi narahatdır və bunun mülki əhali üçün birbaşa təhlükə yaratdığını vurğulayıb.
Şri-Lanka mülki şəxslərin həlak olması ilə bağlı təəssüfünü ifadə edib, həmçinin mülki şəxslərə və mülki infrastruktura qarşı hücumları pisləyib. Bildirilib ki, mülki əhalinin qorunması beynəlxalq humanitar hüququn əsas tələblərindən biridir.
Nazirlik əlavə edib ki, hökumət humanitar böhran və qlobal iqtisadiyyat, eləcə də beynəlxalq ticarət üçün yarana biləcək nəticələri nəzərə alaraq vəziyyəti yaxından izləyir.
Bəyanatda BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqinin qadağan olunmasına hörmət edilməsinin vacibliyi də vurğulanıb.
Şri-Lanka bütün tərəfləri təmkin göstərməyə, dialoqa qayıtmağa və regionda sülh, sabitlik və təhlükəsizliyi qorumaq üçün gərginliyi azaltmaq istiqamətində addımlar atmağa çağırıb.
Qiymət Mahir
tag: BMT ,Şri-Lanka ,Qərbi Asiya,Yaxın Şərq,TodayPress TV,
