SON DƏQİQƏ! Terror aktı planlaşdıran 4 nəfər saxlanıldı

SON DƏQİQƏ! Terror aktı planlaşdıran 4 nəfər saxlanıldı
26.02.2026 16:43 Dünya

Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyasının (terrorçu təşkilat kimi tanınır -red.) dörd üzvü saxlanılıb.

TodayPress TV "A Haber"ə istinadən xəbər verir ki, sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.

Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdikləri ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır. (Report)

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər