Serbiya Prezidenti vəzifəsindən istefa verdi

Serbiya Prezidenti vəzifəsindən istefa verdi
27.09.2026 22:19 Dünya

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Serbiyanın dövlət radio və televiziyasında yayımlanan xalqa müraciəti zamanı açıqlama verib.

“İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür”, - deyə Vuçiç bildirib.

Qeyd edək ki, Vuçiç 2017-ci ildən Serbiyanın Prezidenti vəzifəsində çalışırdı. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Lakin o, oktyabrın 25-nə təyin olunan parlament seçkiləri ərəfəsində vaxtından əvvəl istefa verib.

Onun istefasından sonra prezident səlahiyyətlərini Milli Assambleyanın sədri Ana Brnabiç icra etməlidir. Növbədənkənar prezident seçkiləri dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdən sonra üç aydan gec olmayaraq keçirilməlidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər