Hörmüz boğazında rekord gecə - Tramp neftlə bağlı nə açıqladı?

Hörmüz boğazında rekord gecə - Tramp neftlə bağlı nə açıqladı?
27.09.2026 20:33 Dünya

Keçən gecə Hörmüz boğazı vasitəsilə ABŞ-nin İranla müharibəsindən əvvəlki göstəriciləri üstələyən rekord həcmdə neft daşınıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbətində danışıb.

"Müharibə bitən kimi — bu isə yaxın vaxtlarda baş verəcək neftin qiyməti kəskin düşəcək və bütün qiymətlər aşağı enəcək. Lakin Bayden (sabiq ABŞ Prezidenti) gedəndən bəri ərzaq məhsullarının qiyməti artıq əhəmiyyətli dərəcədə aşağı düşüb. Demək olar ki, bütün qiymətlər hiss olunacaq dərəcədə azalıb.

Və bir şeyi yadda saxlayın: neft indi Bayden administrasiyası dövründəkindən daha ucuzdur. Lakin bütün bunlara baxmayaraq, biz böyük həcmdə neft əldə edirik. Və dünən axşam biz Hörmüz boğazı vasitəsilə rekord həcmdə neft daşıdıq. Bu, müharibədən əvvəl çıxardığımızdan da çoxdur", - deyə ABŞ lideri qeyd edib.

O, boğaz vasitəsilə dəqiq nə qədər neftin daşındığını açıqlamayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər