Si Cinpin: Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır

Si Cinpin: Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır
26.02.2026 12:23 Dünya

Çin Xalq Respublikasının sədri Si Cinpin Almaniya kansleri Fridrix Merts ilə görüşdə Ukraynadakı münaqişənin dialoq və danışıqlar yolu ilə həll edilməsinin vacib olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Liderlər münaqişə ilə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin qeyd edib ki, danışıqlarda bütün tərəflərin bərabər iştirakını təmin etmək, sülh üçün möhkəm təməl yaratmaq və bütün tərəflərin qanuni narahatlıqlarını nəzərə almaq vacibdir.

Çin lideri həmçinin bildirib ki, Çin münaqişəyə görə günahı başqasına atmaq və qarayaxma kampaniyalarına qarşıdır və Pekin böhranın siyasi həllində konstruktiv rol oynamağa davam edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər