Si Cinpin ordudakı təmizləmələrə eyham vurdu
Dünya
12.02.2026 19:00
Çin Sədri Si Cinpin hərbçilərə müraciətində ötən ili “qeyri-adi və seçilən” adlandıraraq orduda siyasi təmizləmələr və korrupsiyaya qarşı mübarizənin nəticələrini vurğulayıb.
TodayPress TV xəbər verir ki, BBC-nin məlumatına görə, Çin lideri ordunun “siyasi təmizləmədə mühüm uğurlar qazandığını” və müxtəlif təhdidlərə effektiv müqavimət göstərdiyini bildirib.
Analitiklərin fikrincə, bu açıqlamalar silahlı qüvvələrdə son dövrlər aparılan genişmiqyaslı təmizləmələrə dolayı işarədir. Adətən Çin rəhbərliyi bu mövzuları açıq şəkildə gündəmə gətirmir.
Si Cinpin, həmçinin ordunun korrupsiyaya qarşı mübarizədə “inqilabi sınaqdan keçdiyini”, döyüş hazırlığını, partiyaya sədaqətini və etibarlılığını qoruduğunu bildirib. O, sonuncu dəfə hərbçilərə illik müraciətində ordudakı antikorrupsiya kampaniyasını 2022-ci ildə xatırlatmışdı.
Qiymət Mahir
tag: Çin ,Si Cinpin,Ordu,Dünya,Todaypress.tv,
