Şeynbaum: “ABŞ sərhədində PUA istifadəsi barədə məlumat almamışam”

Dünya

12.02.2026 08:35

Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında ABŞ ilə sərhəd zonasında pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi barədə heç bir məlumat almadığını deyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Şeynbaum vurğulayıb ki, əgər ABŞ hakimiyyətində mümkün insidentlərlə bağlı əlavə məlumat varsa, bu barədə Meksika hökuməti ilə əlaqə saxlanılmalıdır: 

“Ehtimallara ehtiyac yoxdur. Məlumat əldə edəcəyik və hər zaman olduğu kimi, ABŞ ilə daimi informasiya mübadiləsini davam etdirəcəyik”. 

O əlavə edib ki, Meksikanın müdafiə və hərbi-dəniz qüvvələrinin nazirləri Vaşinqtonda ABŞ-nin Şimal Komandanlığının nümayəndələri ilə görüşəcək, görüşdə digər ölkələrin təmsilçiləri də iştirak edəcək. 

Xatırladaq ki, “CNN” telekanalı mənbəyə istinadən Meksika narkokartelinə məxsus PUA-ların ABŞ hava məkanına daxil olduğunu və bunun Texas ştatının El Paso şəhəri üzərində mülki uçuşların müvəqqəti dayandırılmasına səbəb olduğunu iddia edib.  

Aysel Mətləb

TodayPress TV

tag: Meksika,Şeynbaum,ABŞ,Sərhəd,PUA,Todaypress.tv,