Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir?

Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir?
25.06.2026 11:47 Dünya

Ermənistanın Gümrü şəhər Ağsaqqallar Şurasında "Ana Ermənistan" blokunun fraksiya rəhbəri Karen Simonyanın evində axtarış aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Simonyanın mənzilinə daxil olaraq axtarış tədbirlərinə başlayıblar.

Bildirilir ki, təxminən yarım saat sonra Gümrü Ağsaqqallar Şurasının iclası keçiriləcək. Lakin aparılan əməliyyat səbəbindən Karen Simonyan iclasda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Karen Simonyan "Ermənistan" blokundan deputatlığa namizəddir. Bundan əvvəl hüquq-mühafizə orqanları onun da iştirak etdiyi iddia olunan növbəti səs yazısını yayıblar.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər