Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb?

Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb?
25.06.2026 17:33 Dünya

İtaliyanın xarici işlər naziri Antonio Tayani ABŞ-nin İrana qarşı hərbi əməliyyat zamanı İtaliyadakı hərbi bazalardan istifadə etmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı müzakirə aparılıb.

Tayani NATO-nun baş katibinin ABŞ-nin İtaliya hərbi bazalarından istifadə etməsi ilə bağlı son açıqlamalarını qəti şəkildə təkzib edib.

İtaliya XİN başçısı vurğulayıb ki, ölkənin hərbi obyektləri İrana zərbələr üçün istifadə olunmayıb və gələcəkdə də bu məqsədlə istifadə edilməyəcək. O əlavə edib ki, bombardmanlarda iştirak edən ABŞ təyyarələri İtaliya ərazisindən havaya qalxmayıb və Roma hökuməti belə bir əməliyyata heç vaxt icazə verməyib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə telefon zəngi və verilən izahatlara görə italiyalı həmkarına təşəkkür edib. O, bu cür iddiaların İtaliya hökuməti tərəfindən rəsmi və birmənalı şəkildə təkzib edilməsinin vacibliyini vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər