"Samsung" saatı istifadəçinin əlində partladı

Dünya

27.03.2026 19:00

"Samsung Galaxy Watch 8" ağıllı saatı sahibinin əlində alovlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə  "Notebookcheck" məlumat yayıb.

Reddit istifadəçisi "No-Map1215" problemi belə izah edib: "Gecənin bir yarısı biləyimdə yanma hissi ilə oyandım və Samsung saatının həddindən artıq qızdığını gördüm. Yanıq o qədər şiddətli idi ki, dərim cihazın arxasına yapışmışdı".

Zərərçəkənin sözlərinə görə, hadisə cihazı aldıqdan iki həftə sonra baş verib.

İstifadəçinin Reddit paylaşımı iki mindən çox bəyənmə toplayıb. Şərhçilər cihazı Samsung-a qaytarmağı və şirkəti  məhkəməyə verməyi məsləhət görüblər. Notebookcheck müəllifləri bunun çox güman ki, təcrid olunmuş bir hadisə olduğunu və məsələni həm mütəxəssislərin, həm də Samsung-un araşdırmalı olduğunu bildiriblər.

Jalə Rövşən 

TodayPress TV

tag: SamSung,Saat,Partlayış,Qəza ,Todaypress.tv,