Şahinə spirtli içki verən şəxsə hökm oxundu

Dünya

25.02.2026 17:12

25 yaşlı Sezar Qustavo Diaz adlı şəxs federal və Kaliforniya ştat qanunları ilə qorunan Kuper şahininə spirtli içki vermək işi üzrə heyvanlara qarşı qəddarlıqda təqsirli bilinib.

TodayPress TV xəbər verir ki, o, qorunan növə spirtli içki verməkdə ittiham olunub.

"California Department of Fish and Wildlife" (CDFW) ictimai şikayətlər əsasında başladılan araşdırmadan sonra hökmün çıxarıldığını açıqlayıb.

Hadisə 15 iyunda "Amelia Mayberry Park" ərazisində baş verib. Sosial mediada yayılan görüntülərdə yırtıcı quşun spirtli içki içdiyi əks olunub. Xüsusi Əməliyyatlar Bölməsinin rəhbərliyi ilə aparılan istintaq çərçivəsində beş ünvanda axtarış aparılıb.

Saxlanılan Diaz müstəntiqlərə şahini yenidən vəhşi təbiətə buraxdığını bildirib.

Məhkəmə qərarına əsasən, Diaz 24 sessiyalıq heyvanlara qarşı qəddarlıq əleyhinə məsləhət proqramında iştirak etməlidir. Ona beş il müddətinə heyvan saxlamaq qadağan edilib, həmçinin on il ərzində odlu silah gəzdirməsi qadağa edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Quş,İçki,Spirt,Cəza,Todaypress.tv,