Sabiq prezident vəfat etdi
Zambiyanın keçmiş prezidenti Edqar Lunqu 68 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi Vətənpərvər Cəbhə partiyası məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Lunqu Cənubi Afrikada xüsusi müalicə alarkən, iyunun 5-də dünyasını dəyişib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.
Xatırladaq ki, Edqar Lunqu 2015-ci ilin yanvarında prezident seçilib, lakin 2021-ci ildə keçirilən seçkilərdə müxalif namizəd Hakainde Hiçilemaya məğlub olub.
Türkan İsgəndərli