Saakaşvili həbsxanaya qaytarıldı

Saakaşvili həbsxanaya qaytarıldı
13.11.2025 00:23 Dünya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur. Bu səbəbdən eks-prezident xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər