Saakaşvili əfv olunmayacaq
Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin siyasi məhbusların əfv olunması qarşılığında onların yerli seçkilərdə iştirak etməsi ilə bağlı irəli sürdüyü təklif sabiq prezident Mixail Saakaşviliyə şamil olunmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “RİA”ya açıqlamasında bildirib.
Bir neçə gün əvvəl Kavelaşvili bəyan etmişdi ki, əgər müxalifət nümayəndələri oktyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə razılıq versələr, onların əfvi gündəmə gətirilə bilər.
Qiymət Mahir