Kiyev bombalanır - NATO baş katibi şəhərdədir
NATO-nun baş katibi Mark Rutte Kiyevə səfərə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya"nın mətbuat xidməti məlumat yayıb.
"Bu gün Kiyev vağzalında NATO-nun baş katibi Mark Rutteni sevinclə qarşılayırıq. Bu səfər, əvvəlkilər kimi, son dərəcə vacibdir, çünki bu, Alyansın ölkəmizə həmrəylik və dəstək jestidir", - deyə məlumatda bildirilib.
NATO baş katibinin səfər proqramının digər təfərrüatları hələlik açıqlanmayıb.