Rusiyanın “yox” dediyi yerdə Ukraynanın ümidi ABŞ-dir
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov ABŞ-nin danışıqlardakı iştirakı sayəsində sülhə nail olmaq üçün şansın olduğunu bildirib.
TodayPress TV Budanov “NewsForce”a müsahibəsində Vaşinqtonun iqtisadi və hərbi təsirinə görə hazırda danışıqlar prosesində əvəzolunmaz vasitəçi olaraq qaldığını deyib.
Onun sözlərinə görə, Moskva hələlik müharibəni başa çatdırmağa hazır olduğunu nümayiş etdirmir.
“Hazırda Rusiyanın hərəkətlərinə baxdıqda, onun müharibəni bitirməyə hazır olduğunu görmürük. Amma belə bir zaman gələcək”, – Budanov bildirib.
O qeyd edib ki, Ukrayna atəşkəsin dərhal əldə olunmasının tərəfdarıdır. Budanovun sözlərinə görə, Rusiya isə atəşkəslə razılaşmamaq üçün davamlı olaraq müxtəlif səbəblər axtarır.
Kübra Musayeva