Tbilisidə Azərbaycana qarşı TƏXRİBAT: Eyni ünvanda ikinci hadisə

Tbilisidə Azərbaycana qarşı TƏXRİBAT: Eyni ünvanda ikinci hadisə
26.09.2026 21:19 Hadisə

Tbilisidə Heydər Əliyevin büstünə qarşı növbəti vandalizm aktı törədildiyi bildirilir.

TodayPress TV xəbər verir ki, hüquqşünas Elman Həsənli bu barədə “Facebook” hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirinin yeni təyin olunduğu dövrdə də Heydər Əliyevin büstü daha ağır formada təhqir olunub. Həsənlinin sözlərinə görə, həmin vaxt büstün mühafizəsini həyata keçirən SOCAR-a məxsus 12 müşahidə kamerasının görüntülərinin ictimaiyyətə təqdim edilməməsi bir sıra suallar yaradıb.

Hüquqşünas bildirib ki, səfirin vəzifəsindən getməsinə az müddət qalmış eyni xarakterli hadisənin yenidən baş verməsi məsələni daha da aktuallaşdırır.

Həsənli paylaşımında “Heydər Əliyevin büstünü qorumağı bacarmayan bir qurum soydaşlarımızın hüquq və haqqını necə qoruya bilər?” sualını ünvanlayıb.

O, yaxın vaxtlarda milli-mənəvi dəyərləri düşünən və SOCAR-ın təsir dairəsindən uzaq olan yeni səfir görmək arzusunda olduğunu qeyd edib.

Hüquqşünas həmçinin vandalizm aktını törədən şəxsin əməlinin ağırlığına uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş cəza almasını tələb edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər