Rusiyanın strateji "Azot" zavodu vuruldu - VİDEO

Rusiyanın strateji "Azot" zavodu vuruldu - VİDEO
26.06.2026 08:59 Dünya

Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhəri gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumun əsas hədəfi şəhərdə yerləşən "Azot" kimya zavodu olub.

Hadisədən sonra ərazidə yanğın baş verib və xilasetmə xidmətləri işə cəlb edilib.

Novomoskovskdakı "Azot" zavodu Rusiyanın ən iri ammonyak və azot gübrələri istehsalçılarından biri hesab olunur və ölkənin kənd təsərrüfatı sektoru üçün strateji əhəmiyyət daşıyır.

İlkin məlumatlara əsasən, zavodun bəzi hissələrinə ziyan dəyib. Həlak olan və ya xəsarət alanlarla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər