Rusiyadan ABŞ-yə ÇAĞIRIŞ
Rusiya ABŞ-ni və müttəfiqlərini İranın dinc nüvə obyektlərinə zərbə endirmək planlarından əl çəkməyə çağırır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski Cenevrədə BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun yüksək səviyyəli iclasında çıxışı zamanı danışıb.
Diplomatın sözlərinə görə, Rusiya Vaşinqtonu gələcək hərbi qarşıdurmanın qarşısını almaq üçün zəmanət verməyə və İranın mülki nüvə obyektlərinə zərbə endirmək planlarından imtina etməyə çağırır. O bildirib ki, Moskva İranın nüvə proqramının həlli üçün diplomatik səylərin bərpası üçün lazımi dəstəyi göstərməyə hazırdır.
Aysel Mətləb