Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək

Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək
27.06.2026 16:21 Dünya

Rusiya ABŞ və İsraillə hərbi qarşıdurma zamanı zərər görmüş mülki və sənaye infrastrukturunun bərpasında İrana kömək etməyə hazır olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov "Tehran Times" qəzetinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Rusiyanın sənaye və tikinti şirkətləri, layihələndirmə və mühəndislik institutları, elmi-texnoloji mərkəzləri müxtəlif sahələrdə geniş təcrübəyə və müasir texnologiyalara malikdir.

Dedov bildirib ki, İran tərəfindən rəsmi müraciət daxil olacağı təqdirdə, Moskva təklifləri qısa müddətdə nəzərdən keçirməyə və konkret əməkdaşlıq planı təqdim etməyə hazırdır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər