Rusiyada orduya rekord sayda əsgər çağırıldı

Rusiyada orduya rekord sayda əsgər çağırıldı
29.09.2025 22:30 Dünya

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının oktyabrın 1-dən ilin sonuna qədər hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, sənəd Rusiyanın hüquqi aktların dərci üzrə rəsmi saytında yer alıb.

Sənədə əsasən, Rusiya ordusuna 135 min nəfərin çağırılması nəzərdə tutulur ki, bu da 2016-cı ildən sonrakı payız çağırışları üçün rekord sayılır.

Fərmana əsasən, 18-30 yaş arası, ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan Rusiya vətəndaşları ordu sıralarına çağırılacaqlar.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər