Rusiya-Ukrayna danışıqları İstanbulda keçirilə bilər

Rusiya-Ukrayna danışıqları İstanbulda keçirilə bilər
20.07.2025 16:35 Dünya

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun keçirilməsi üçün məqbul məkandır. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Mənbə bildirib ki, Ukrayna tərəfi gələn həftə yeni danışıqlar raundu keçirməyi təklif edib və bu təklif Rusiya tərəfindən qəbul olunub. Hələlik konkret tarix razılaşdırılmayıb.

Ukrayna prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı çıxış edib. O, "Telegram" kanalında yaydığı videomüraciətdə qeyd edib ki, danışıqların İstanbulda keçirilməsi təşəbbüsünü Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov irəli sürüb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər