Rusiya Sumı vilayətinə zərbə endirdi- İki qadın öldü

Rusiya Sumı vilayətinə zərbə endirdi- İki qadın öldü
27.02.2026 22:10 Dünya

Rusiya Ukraynanın Sumı vilayətinin Şostka rayonunda yerləşən aqrar müəssisəyə zərbə endirib, nəticədə iki işçi ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov teleqram kanalında bildirib.

"Aqrar müəssisənin iki işçisi - 72 və 67 yaşlı qadınlar ölüblər. Onların meyitləri dağıntılar altından çıxarılıb", - Qriqorov yazıb.

Qeyd olunub ki, daha bir işçi - 60 yaşlı qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı göstərirlər.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər