Rusiya “Pantsir-S1” sistemlərini Moskva göydələnlərinin damlarına yerləşdirir - VİDEO
Rusiya Moskva şəhərində yerləşən göydələnlərin damlarına “Pantsir-S1” hava hücumundan müdafiə sistemlərini Mi-26T ağır yük helikopterləri vasitəsilə yerləşdirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda sistemlərdən birinin 42 mərtəbəli “Nordstar Tower” binasının damına quraşdırıldığı görünür.
Məlumata görə, Rusiya bu tip damüstü hava hücumundan müdafiə şəbəkəsini 2023-cü ildən genişləndirir.
“Pantsir-S1” yaxın mənzilli hava hücumundan müdafiə sistemi hesab olunur və pilotsuz uçuş aparatları, raketlər və digər hava hədəflərinə qarşı istifadə edilir.
Qiymət Mahir