Rusiya Kubaya açıq dəstək verdi
Dünya
17.03.2026 17:55
ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi enerji embarqosu ilə bağlı yaranmış böhran fonunda Rusiya Kubaya lazımi dəstəyi göstərməyə davam edəcək.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Süni şəkildə qızışdırılmış qarşıdurma şəraitində Rusiya Kuba hökuməti və qardaş xalqı ilə sarsılmaz həmrəyliyini bir daha təsdiqləyir. Öz tərəfimizdən Kubaya, o cümlədən maliyyə sahəsində, lazımi dəstəyi göstəririk və göstərməyə davam edəcəyik",- nazirliyin açıqlamasında qeyd edilib.
Xarici İşlər Nazirliyi, həmçinin, suveren dövlətin daxili işlərinə kobud müdaxilə cəhdlərini, hədə-qorxu siyasətini və qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqini pisləyib. Bildirilib ki, Kubanın hazırda üzləşdiyi çətinliklər ABŞ-nin uzun illərdir davam edən ticarət, iqtisadi və maliyyə sanksiyalarının, eləcə də son enerji embarqosunun birbaşa nəticəsidir.
Jalə Rövşən
tag: Kuba ,Rusiya , Rusiya Xarici İşlər Nazirliyi,ABŞ,Todaypress.tv,
