"Rusiya ilə münasibətlərimiz müsbətdir!" – Paşinyan GERİ ADDIM atır?
"Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlər müsbət transformasiya mərhələsindədir".
TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə “Armenia” telekanalına müsahibəsində danışıb.
Paşinyanın sözlərinə görə, ölkələr arasındakı münasibətlər münaqişə şəraitində fərqli, münaqişənin olmadığı şəraitdə isə fərqli şəkildə inkişaf edir.
Qeyd edək ki, mayın 25-də Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edib.
Peskov xatırladıb ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalacağını bildirib.
Qiymət Mahir