Rusiya Gürcüstanla dəmir yolu əlaqəsinin bərpasını nəzərdən keçirir

Dünya

12.02.2026 21:15

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin Abxaziya üzərindən Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası imkanını araşdırdığını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “ТАSS” məlumat yayıb. 

Bildirilib ki, Qafqazda pozulmuş bütün nəqliyyat xətlərinin açılması istiqamətində iş aparılır və bu çərçivədə qeyd olunan marşrutun bərpası da nəzərdən keçirilir. 

Overçuk vurğulayıb ki, bu istiqamətin açılması Qafqazda nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi kimi “böyük vəzifənin” həllinə imkan verə bilər. O əlavə edib ki, bu addım Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiya xalqları üçün sülh, sabitlik və iqtisadi rifah baxımından kritik əhəmiyyət daşıyır. 

Baş nazirin müavini bildirib ki, Rusiya tərəfi region ölkələrinin bu ümumi və mühüm vəzifənin icrasında konstruktiv əməkdaşlıq göstərəcəyinə ümid edir. 

Aysel Mətləb

TodayPress TV

tag: Gürcüstan,Rusiya,Dəmir,Yolu,Todaypress.tv,