Rusiya dünyanın ən böyük ordusunu yığır - Plan Ukraynadan böyük...Hansı ölkələrə göz dikdi?
Rusiyada hərbi komissarlıqlarda vətəndaşlara kütləvi şəkildə səfərbərlik əmrləri verilir.
TodayPress TV xəbər verir ki, barədə "The Moscow Times" məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar “məlumatları dəqiqləşdirmək” üçün hərbi komissarlıqlara çağırılır. Orada onlara səfərbərlik əmri verilir.
Bu sənəddə səfərbərlik elan olunarsa nə etmək lazım olduğu yazılıb: harada və nə vaxt gəlmək, özü ilə nə aparmaq lazımdır və.s.
Hərbi komissarlıqlardan birinin əməkdaşı bunu “ümumi səfərbərliyə hazırlıq” adlandırıb.
Rusiyada son vaxtlar belə hallar çoxalıb. Vətəndaşlar həm kağız, həm də elektron çağırışlar alır. Bəzilərinin hərbi biletlərinə artıq səfərbərlik əmri yapışdırıblar.
Rusiya hökuməti hələlik yeni böyük səfərbərlik barədə rəsmi açıqlama verməyib. Lakin bu addımlar yeni səfərbərlik dalğasına hazırlıq kimi qiymətləndirilir.
Jalə Rövşən