Rusiya böyük səfərbərlik edəcək - Gizli hazırlıq

Rusiya böyük səfərbərlik edəcək - Gizli hazırlıq
23.08.2026 17:45 Dünya

Rusiya hökumətinin yeni səfərbərlik qərarı verəcəyi təqdirdə ölkə üzrə hazırlıq məqsədilə təlimlər keçirdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Məlumata əsasən, keçirilən təlimlər çərçivəsində çox sayda yeni hərbçinin yerləşdirilməsi, qida və silahla təmin olunması imkanları yoxlanılır.

Qeyd olunur ki, iyul ayında keçirilən belə təlimlərdən birində hərbi zabitlər Sankt-Peterburqdan Kalininqrada uçaraq Rusiyanın eksklavında yaşayan sakinlər arasında səfərbərlik planlaşdırılmasına nəzarət ediblər.

Oxşar yoxlamaların Rusiyanın müxtəlif bölgələrində də aparıldığı bildirilir. Məqsəd mümkün qərar qəbul ediləcəyi təqdirdə səfərbərliyə hazır olmaqdır.

Bununla belə, Kreml hazırda yeni səfərbərlik elan edilməsi ilə bağlı qərar qəbul etməyib.

“The Wall Street Journal” qeyd edir ki, 2022-ci ildəki xaotik səfərbərlikdən fərqli olaraq, hazırda Rusiyada hərbi vəzifəlilərin elektron reyestri fəaliyyət göstərir. Bu sistem çağırışın daha mərhələli şəkildə həyata keçirilməsinə imkan verir.

Nəşr mümkün yeni səfərbərliklə bağlı ehtimalların Rusiyada sentyabr ayında keçiriləcək parlament seçkilərindən sonrakı dövrlə əlaqələndirildiyini də yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər