Rusiya Avropa ilə hərbi münaqişə təhlükəsindən danışdı
"Avropa İttifaqı ilə hərbi münaqişə təhlükəsi yoxdur, lakin qarşıdurma mövcuddur".
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
Onun sözlərinə görə, Rusiya qarşıdurmanı azaltmaq, riskləri minimuma endirmək və təxribatçıları müəyyən etmək üçün yollar təklif edir, lakin Avropa tərəfi bu təkliflərdən yayınır.
Çepa bunu qəribə hesab etdiyini bildirib və əlavə edib ki, insanlar sülhdən danışarkən və əməkdaşlıq təklifləri irəli sürülərkən Avropa tərəfinin bundan imtina etməsi daha da anlaşılmazdır.
Jalə Rövşən