Rusiya 3800 veb-saytı blokladı
Dünya
25.02.2026 13:11
Rospotrebnadzorun qərarlarından sonra ölkədə satışı qadağan edilən pəhriz əlavələri barədə məlumat yayan 3800 internet resursuna giriş məhdudlaşdırılıb.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qurumun açıqlamasına görə, həmin saytlar pəhriz əlavəsi adı altında qeydiyyatdan keçməmiş və tərkibində qadağan olunmuş inqrediyentlər olan məhsulların satışını həyata keçirib.
Bu məhsullar arasında C və B12 vitaminlərinin normadan artıq — müvafiq olaraq 1,1 və 555,6 dəfə çox dozada olduğu tablet və pastillər də yer alıb.
Xatırladaq ki, fevralın əvvəlində Rospotrebnadzor pəhriz əlavələri ilə bağlı daha 1200 onlayn resursa girişin bloklandığını bildirmişdi. Qurumun qərarına əsasən, 1 sentyabr 2025-ci ildən etibarən Rusiya bazarında dövlət qeydiyyatından keçməyən pəhriz əlavələrinin satışı qadağan olunacaq.
Rospotrebnadzor, həmçinin vətəndaşlara pəhriz əlavələrini yalnız səlahiyyətli təchizatçılardan və apteklərdən almağı, həmçinin məhsulların qeydiyyat sənədlərini mütləq yoxlamağı tövsiyə edir.
Jalə Rövşən
tag: Rusiya ,Qida əlavələri ,Qadağa ,Rospotrebnadzor ,Todaypress.tv,
