Rumıniyada otel yandı: 2 nəfər itkin düşdü

Rumıniyada otel yandı: 2 nəfər itkin düşdü
29.09.2025 11:21 Dünya

Rumıniyanın Prahova qraflığında, Ployeşti şəhəri yaxınlığında yerləşən bir mehmanxanada baş verən yanğında azı iki nəfər itkin düşüb, üç nəfər isə yaralanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Yanğın baş verən zaman binada yalnız otel işçiləri olub. İtkin düşənlərin çardaqda qalan iki Nepal vətəndaşı olduğu bildirilir. Daha üç işçi isə öz gücləri ilə binadan çıxaraq xilas ola bilib.

Fövqəladə Hallar üzrə Baş Müfəttişlik yanğının 500 kvadratmetrlik sahədə söndürüldüyünü açıqlayıb. Hadisənin səbəbi hələ ki, məlum deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər