Rubio: "Tramp Nyu-Yorkda Zelenski ilə görüşə bilər"
ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivdən Dohaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Prezident Tramp Zelenski ilə bir neçə telefon danışığı və görüş keçirib. Çox güman ki, gələn həftə Nyu-Yorkda onunla yenidən görüşəcək”, - deyə ABŞ diplomatiyasının rəhbəri qeyd edib.
Aysel Mətləb