Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi

Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi
26.06.2026 00:00 Dünya

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Bəhreynin paytaxtı Manamada keçirilən danışıqlarda İran üçün investisiya fondunun yaradılması ilə bağlı məsələləri müzakirə etməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio görüşün yekunlarına dair jurnalistlərə bildirib.

"Xeyr, bu məsələ müzakirə olunmayıb. İranın bərpası ilə bağlı müzakirələr hələ uzaq perspektivə aiddir. Bununla müvafiq vaxtda Tehran və Vaşinqton arasında başlanmış danışıqlar prosesi çərçivəsində məşğul olmaq lazım gələcək", – deyə o qeyd edib.

Bundan əlavə, o, Qətərdə dondurulmuş İran aktivlərinin hər hansı hissəsinin artıq Tehrana verilib-verilməməsi ilə bağlı suala da mənfi cavab verib:

"Mənim belə bir məlumatım yoxdur. Hazırda hər hansı vəsaitin köçürüldüyü barədə məlumatımız yoxdur. Həmçinin hansısa məbləğin köçürülməsinə razılıq verildiyi barədə də məlumat yoxdur".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər