Rəsmi İrəvan Aİ-dən kömək istədi

Rəsmi İrəvan Aİ-dən kömək istədi
24.02.2026 21:30 Dünya

Ermənistan iyunda keçiriləcək parlament seçkisi ərəfəsində Avropa İttifaqından ölkəyə "hibrid sürətli reaksiya qrupu" göndərilməsini xahiş edib.

TodayPress TV "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan Brüsselə ünvanladığı məktubda mümkün Rusiya müdaxiləsi və dezinformasiyanın qarşısının alınması üçün yardım istəyib.

Aİ-nin Ermənistanın "demokratik dayanıqlığını" gücləndirməyi planlaşdırdığı bildirilir. Yeni missiya təsdiqlənərsə, əsas diqqət seçki prosesinin və mümkün referendumun qorunmasına yönələcək. Qərarın mart ayında verilməsi gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər