Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp

Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp
26.06.2026 20:50 Dünya

"Bir sıra Avropa ölkələri Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisinin tətbiqini fəal şəkildə müzakirə edir".

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

Liderin sözlərinə görə, ölkələrdən bəziləri artıq bu addımı atmağa çox yaxındır.

"Belə bir vergi tətbiq edən istənilən ölkəyə qarşı ABŞ-yə göndərilən bütün mallara dərhal 100 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Bu 100 faizlik rüsum həmin ölkə ilə bağlanmış, qüvvəyə minmiş, imzalanmış və ya hələ qüvvəyə minməmiş bütün ticarət sazişlərindən üstün tutulacaq.

Əgər onlar bu qərarı həyata keçirsələr, 100 faizlik gömrük rüsumu dərhal qüvvəyə minəcək", - deyə Ağ Ev rəhbəri əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər