Rend Pol: “ABŞ Ukraynanı silahlandırmaq üçün Çindən borc alır”

Rend Pol: “ABŞ Ukraynanı silahlandırmaq üçün Çindən borc alır”
14.07.2025 12:33 Dünya

ABŞ senatoru Rend Pol bildirib ki, Vaşinqton Ukraynaya hərbi yardım göstərmək üçün Çindən borc almağa məcburdur.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Mario Nawfal” "YouTube" kanalına müsahibəsində danışıb.

“İstədiyiniz qədər bu məsələnin mənəvi tərəfini qabarda bilərsiniz, amma reallıq budur ki, Ukraynaya silah göndərmək üçün biz Çindən borc alırıq”, – deyə senator vurğulayıb.

Onun sözlərinə görə, bir çox amerikalı siyasətçi böyük məqsədlərin arxasınca gedərkən ölkənin iqtisadi reallıqlarını unudur.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər