Rayt: "Neft qiymətlərinin artımının qısa müddətli olacağına zəmanət yoxdur"

Rayt: "Neft qiymətlərinin artımının qısa müddətli olacağına zəmanət yoxdur"
15.03.2026 23:05 Dünya

ABŞ hökuməti neft qiymətlərindəki artımın qısa müddətdə başa çatacağına zəmanət verə bilməyəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.

“Müharibə şəraitində heç bir zəmanət ola bilməz”, — deyə nazir vurğulayıb.

Rayt qeyd edib ki, neft qiymətlərinin gələcək dinamikası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə bir neçə həftə davam edə bilər, bundan sonra isə pozulmuş tədarük zəncirlərinin bərpası mümkündür.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər