Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər

Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər
24.06.2026 15:22 Dünya

İran milli futbol komandasının üzvlərinə 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Misirlə keçiriləcək oyundan əvvəl ABŞ ərazisinə daxil olmağa icazə veriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, İran yığmasının üzvləri qarşılaşmadan iki gün əvvəl ABŞ-a gələ biləcəklər. Bununla belə, onlar oyunun başa çatmasından dərhal sonra ölkə ərazisini tərk etməli olacaqlar.

İran – Misir oyunu iyunun 27-də Sietldə yerləşən "Lumen Field" stadionunda keçiriləcək.

Qeyd edək ki, İran millisi qrup mərhələsinin ikinci turunda Belçika ilə qolsuz heç-heçə edib. Hazırda 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər