Qırmızı dənizdə tanker vuruldu

Qırmızı dənizdə tanker vuruldu
24.08.2026 16:36 Dünya

Qırmızı dənizdə Səudiyyə Ərəbistanı sahillərində tanker naməlum mərmi ilə vurulub və nəticədə gəmidə yanğın baş verib.

TodayPress TV xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yanbu şəhərindən 63 dəniz mili qərbdə baş verib.

Təhlükəsizlik əməkdaşının bildirdiyinə görə, naməlum mərmi tankerin əsas göyərtəsinə düşüb. Zərbədən sonra yanğın başlayıb. Gəminin bütün heyət üzvlərinin təhlükəsiz yerdə olduğu bildirilib.

Hadisə nəticəsində yanacaq və ya neft sızması barədə məlumat yoxdur. Tankerin adı və bayrağı da açıqlanmayıb.

Qeyd edək ki, avqustun 20-də Yəmən sahillərində başqa bir tanker silahlı şəxslər tərəfindən ələ keçirilib. UKMTO-nun məlumatına görə, altı silahlı şəxs gəmiyə minib və tanker daha sonra istiqamətini dəyişərək Somali sahillərinə doğru hərəkət edib.

Bölgədə fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmaq və şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər