Qəzzada atəşkəsdən sonra neftin qiyməti aşağı düşdü

Qəzzada atəşkəsdən sonra neftin qiyməti aşağı düşdü
14.10.2025 18:00 Dünya

Londonun "ICE" birjasının məlumatına görə, Brent markalı neftin qiyməti bir barel üçün 62 dollardan aşağı enib. Bu, may ayından bəri ilk belə azalmadır.

TodayPress TV xəbər verir ki, dekabr fyuçersləri iki faizdən çox ucuzlaşaraq 61,52 dollar səviyyəsinə düşüb.

Analitiklərin fikrincə, qiymətlərin azalması İsrail və HƏMAS arasında Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlıdır. Treyderlər hesab edirlər ki, atəşkəs Yaxın Şərqdə gərginliyin azalmasına və neft tədarükü risklərinin zəifləməsinə səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər