Qəzzada 650 min uşaq aclıqdan əziyyət çəkir

Qəzzada 650 min uşaq aclıqdan əziyyət çəkir
12.07.2025 23:55 Dünya

Qəzzada yüz minlərlə insan, o cümlədən 650 000 uşaq "utancverici beynəlxalq sükut fonunda aclıqla üzləşib".

TodayPress TV xəbər verir ki, bu barədə "Al- Jazeera" yazıb. 

Bildirilir ki, İsrail qoşunları bütün keçid məntəqələrini bağlayıb və “müasir dövrdə kollektiv mühasirənin ən qəddar cinayətlərindən birində” ərzaq, dərman və yanacağın ölkəyə girişinin qarşısını alır.

“Son üç gün ərzində son dərəcə ağır humanitar vəziyyətdə qida və zəruri dərman çatışmazlığı səbəbindən onlarla ölüm faktını qeydə almışıq”, - deyə məlumatda bildirilir.

İndiyədək 67 uşaq aclıqdan ölüb və Qəzzada 1,25 milyon insan “fəlakətli aclıq” yaşayır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər