"Qəzza Sülh Şurası" rəsmi veb-saytını istifadəyə verdi
Dünya
24.02.2026 12:03
Qəzza Sülh Şurası ingilis və ərəb dillərində rəsmi veb-saytını istifadəyə verib. Veb-saytda Şuranın əsas təsis sənədləri, o cümlədən Qəzza ilə bağlı məskunlaşma və sülh planı təqdim olunur.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Qlobal İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Dilan Conson məlumat yayıb.
Saytda Şuranın nizamnaməsi, sülh planı, idarəetmə orqanları və onların tərkibi barədə məlumat yer alır. Bundan əlavə, portalda təşkilatın fəaliyyəti ilə bağlı hesabat və yeniliklərin dərc ediləcəyi ayrıca xəbər bölməsi də mövcuddur.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Qəzza sülh prosesinin tərkib hissəsi kimi yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıb. Təşkilat İsrail və HƏMAS arasında Qəzzanın idarə olunması ilə bağlı əldə edilmiş razılaşmaya uyğun olaraq formalaşdırılıb. Eyni zamanda, qurumun gələcəkdə digər regionlarda münaqişələrin qarşısının alınması və həlli istiqamətində də fəaliyyət göstərəcəyi gözlənilir.
Jalə Rövşən
tag: Qəzza Sülh Şurası ,Rəsmi veb-sayt,Dilan Conson ,ABŞ,Todaypress.tv,
