Qəzza Humanitar Fondu yardım çatdırmağa başlayır
ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) mayın 26-dan etibarən Fələstinin Qəzza zolağına birbaşa humanitar yardım çatdırmağa başlayacaq.
TodayPress TV xəbər verir ki, fondun məqsədi bu həftənin sonuna qədər 1 milyon fələstinliyə yardım göstərməkdir.
"Yük maşınlarımız yüklənib və getməyə hazırdır. Yardım bu həftə başlayacaq və qarşıdakı həftələrdə bütün Qəzza əhalisini əhatə etmək üçün əməliyyatlarımız genişləndiriləcək".
Yeni plana əsasən, fonda Qəzzada yardımın çatdırılmasında əsas rol veriləcək.
Türkan İsgəndərli