Qərb Rusiyanın nüvə təxribatının potensial nəticələrini açıqladı
Dünya
26.02.2026 14:30
Rusiyanın nüvə doktrinası Ukraynaya nüvə silahı verilməsi planlaşdırılacağı təqdirdə Fransa və Böyük Britaniyaya qarşı sərt cavab tədbirləri görməyə imkan yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə "Strategic Culture Foundationun" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, “Əgər Paris və Londona aid edilən plan həyata keçirilərsə, bunun nəticələri Ukraynadakı hərbi əməliyyatlar məkanı ilə məhdudlaşmayacaq və daha geniş coğrafiyanı əhatə edəcək.”
Məqalə müəllifləri qeyd edirlər ki, Ukraynada kütləvi qırğın silahlarının yerləşdirilməsi ehtimalı Rusiya tərəfindən “qırmızı xətt” kimi qiymətləndirilir. Bildirilir ki, Rusiyanın nüvə doktrinasına edilmiş dəyişikliklər Moskvaya təkcə nüvə dövlətlərinin birbaşa hücumlarına deyil, həm də bu dövlətlərin vasitəçi qismində çıxış etdiyi üçüncü ölkələrin birgə fəaliyyətlərinə cavab vermək imkanı yaradır.
Jurnalistlərin fikrincə, Qərbin məsuliyyətsiz müdaxiləsi nəticəsində nüvə qarşıdurması riskləri əhəmiyyətli dərəcədə artıb.
Jalə Rövşən
tag: Qərb ,Rusiya ,Nüvə ,Ukrayna,Todaypress.tv,
