Qazaxıstanda Qurultay seçkiləri: Seçici fəallığı 65%-i keçdi

Qazaxıstanda Qurultay seçkiləri: Seçici fəallığı 65%-i keçdi
23.08.2026 16:30 Dünya

Qazaxıstanın birpalatalı parlament - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı 65,37% təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Canabilova brifinqdə məlumat verib.

Bildirilib ki, bu göstərici ölkədə 2023-cü ildə keçirilmiş sonuncu parlament seçkilərində qeydə alınan nəticəni ötüb.

“Ölkə üzrə saat 16:00-a seçki bülletenlərini 8 milyon 240 min 336 seçici alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 65,37 faizini təşkil edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri üçün seçici fəallığı ilə bağlı minimum hədd müəyyən edilməyib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər