Qazaxıstanda PARTLAYIŞ - Ölən və yaralananlar var
Dünya
27.02.2026 11:16
Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində kafedə baş verən partlayış nəticəsində yeddi nəfər ölüb, 26 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Məlumata görə, partlayış beşmərtəbəli yaşayış binasına bitişik kafedə qeydə alınıb və hadisədən sonra yanğın baş verib. Xilasedicilər yanğını söndürüb, dağıntıların təmizlənməsi işləri aparılır. Yanğınsöndürənlər binadan səkkiz qaz balonu çıxarıblar və 10-dan çox insanı xilas ediblər.
Yaralılardan 13 nəfər rayon xəstəxanasına yerləşdirilib, onlardan beşi daha sonra Kokşetau şəhərindəki xəstəxanaya aparılıb. Altı nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Regional fövqəladə hallar idarəsinin məlumatına əsasən, hadisəyə səbəb qaz-hava qarışığının partlaması olub. Faktla bağlı araşdırma aparılır.
Türkan İsgəndərli
tag: Qazaxıstan,Partlayış,Ölüm,Yaralı,Todaypress.tv,
